...

İnternet sürəti rekordu qırıldı

Dünya xəbərləri Materials 13 Dekabr 2022 15:23 (UTC +04:00)
İnternet sürəti rekordu qırıldı
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyada aparılan yeni araşdırma nəticəsində internet sürəti rekordu qırılıb.

Trend-in məlumatına görə, Yaponiya Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutu (NICT) saniyədə 1,02 petabit informasiya ötürməklə yeni məlumat ötürmə rekordu qırıb.

Tədqiqatçılar bu sürətə yalnız bir işıq mənbəyi və optik çiplə çatdıqlarını bildiriblər.

Mövzu ilə bağlı hazırlanan hesabatda , "223 dalğa uzunluğunda kanaldan istifadə edərək, 37 nüvəli, 7,9 km uzunluğunda lif üzərində eksperimental olaraq saniyədə 1,02 petabit məlumat ötürülməsini tutduq" deyə qeyd olunub. Bu sürət o deməkdir ki, bir saniyə ərzində qlobal internet trafikinin demək olar ki, iki qatı ötürülə bilər.

Tədqiqatçılar laboratoriya mühitində aparılan bu təcrübələrin günümüzün infrastrukturuna uyğunlaşdırıla biləcəyini düşünürlər. Beləliklə, yaxın gələcəkdə saniyədə 12 500 TB məlumatlara bərabər olan 100 Pbit/s internet sürəti mümkün ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti