Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi 2024-cü maliyyə ilində raket hücumundan müdafiə üçün ayrılacaq vəsaiti açıqlayıb.
Trend xəbər verir ki, bu barədə məlumat bazar ertəsi Pentaqonun növbəti maliyyə ili üçün büdcə layihəsi ilə bağlı dərc etdiyi sənəddə yer alıb.
Sənəddə qeyd edilir ki, növbəti il raket hücumundan müdafiəni möhkəmləndirmək üçün 29,8 milyard dollar vəsait ayrılacaq.