...

İsveçdə Qurani-Kərimin yandırılması təxribatçı hücumdur - Cevdet Yılmaz

Dünya xəbərləri Materials 29 İyun 2023 14:05 (UTC +04:00)
İsveçdə Qurani-Kərimin yandırılması təxribatçı hücumdur - Cevdet Yılmaz

Bakı. Trend:

İsveçdə Qurani-Kərimin yandırılması təxribatçı hücumdur.

Trend TurkicWorld-ə istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Adıyaman vilayətində jurnalistlərə açıqlamasında deyib.

"İfadə azadlığı adı altında bu cür cinayətlərin törədilməsi qəbuledilməzdir. İsveç dövlətinin bu cinayətlə bağlı lazımi tədbirləri görəcəyini gözləyirik. Bu cür cinayətlər dövlətin demokratik prinsiplərini pozan hadisələrdir", - deyə o əlavə edib.

Qeyd edək ki, 28 iyun tarixində İsveç polisi paytaxt Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti