...

Obamanın aşpazının meyiti tapıldı

Dünya xəbərləri Materials 25 İyul 2023 20:00 (UTC +04:00)
Obamanın aşpazının meyiti tapıldı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın sabiq Prezidenti Barak Obama ailəsinin baş aşpazı Tafari Kempbelin cəsədi tapılıb.

Trend xarici çediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırma aparan polislər aşpazın Martas–Vinyard adasındakı gölməçədə boğulduğunu bildiriblər.

Qırx beş yaşlı aşpaz itkin sayılırdı.

Tafarinin ailənin sevimli üzvü olduğunu vurğulayan Mişel Obama bildirib ki, ailəsində onu şən, mehriban, gülərüz insan kimi sevirdilər.

Hadisə zamanı Barak Obama evdə olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti