...

“Türk axını” layihəsinin istifadəsi əhəmiyyətli dərəcədə artıb

Dünya xəbərləri Materials 11 Avqust 2023 17:51 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Avropada tranzit ölkə rolu “Türk axını” təbii qaz kəmərinin istifadəyə verilməsi ilə əhəmiyyətli dərəcədə artıb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Biri Çevski bildirib.

O vurğulayıb ki, Rusiyanın "Türk axını" layihəsinin məhz Türkiyədə yaradılması təsadüfi deyil.

Qeyd edək ki, layihə Rusiya prezidenti Vladimir Putinin 2014-cü ildə Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra açıqlanıb. "Türk axını" layihəsi ilə Qara Dənizin altından keçərək rus qazı şərqdən cənub-şərq və Avropaya daşınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti