...

Qabardin-Balkarda turistlər daş uçqunu altında qalıblar

Dünya xəbərləri Materials 12 Avqust 2023 10:46 (UTC +04:00)
Qabardin-Balkarda turistlər daş uçqunu altında qalıblar
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada - Qabardin-Balkarın Çerek rayonunda Sankt-Peterbuqrdan olan iki alpinist və turist qrupunun gecələdiyi Dıx-Tau dağında daş uçqunu olub.

Trend xəbər verir ki, bu barədə "Bezengi" alpinist düşərgəsinin direktoru Aliy Anayev TASS-a deyib.

Daş uçqunu "Bezengi" alpinist düşərgəsinin beş turistinin üzərinə düşüb. Uçqun nəticəsində bir nəfər həlak olub, beş nəfər yaralanıb.

Hadisə yerinə axtarış-xilasetmə dəstəsi cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti