...

Çanaqqala boğazı hər iki istiqamətdə bağlandı

Dünya xəbərləri Materials 24 Avqust 2023 10:04 (UTC +04:00)
Çanaqqala boğazı hər iki istiqamətdə bağlandı

Bakı. Trend:

Çanaqqalada meşə yanğınları səbəbindən boğazdan keçid dayandırılıb.

Trend xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, boğazdan hər iki istiqamətə keçid bu gecə saat 3-də dayandırılıb.

Bu qərar yanğınların söndürülməsi zamanı dənizdən su götürülməsi məqsədilə verilib.

Qeyd edək ki, Çanaqqalada yanğına görə boğaz iki gün əvvəl birtərəfli bağlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti