...

Bu ölkədə TikTok-a qadağa qoyulacaq

Dünya xəbərləri Materials 30 Avqust 2023 13:20 (UTC +04:00)
Bu ölkədə TikTok-a qadağa qoyulacaq
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstanda TikTok-a qadağa qoyulacaq.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə TikTok-un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verdiyini açıqlayıb.

Məlumata görə, qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, bir sıra qeyri-hökumət təşkilatlarından uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən “TikTok” sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti