...

Əfqanıstanda məscid partladıldı - Ölənlər var

Dünya xəbərləri Materials 13 Oktyabr 2023 17:24 (UTC +04:00)
Əfqanıstanda məscid partladıldı - Ölənlər var
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanın şimalında, Baqlan əyalətinin inzibati mərkəzi Puli-Xumri şəhərində şiə məscidinin partladılması nəticəsində ən azı 17 nəfər həlak olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, partlayış dindarların toplaşdığı “İmam Zaman” məscidində baş verib.

Hadisə nəticəsində, həmçinin, 50-dən çox insanın yaralandığı bildirilir.

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti