...

İranda peyk internetinin ilk qanuni operatoru olacaq - KİV

Dünya xəbərləri Materials 18 Dekabr 2023 13:07 (UTC +04:00)
İranda peyk internetinin ilk qanuni operatoru olacaq - KİV
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İran hökuməti yaxın gələcəkdə ölkədə peyk internetinin ilk operatoruna lisenziya verəcək.

Trend xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.

Məlumata görə, baş ofisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "Yahsat" şirkəti və onun provayderi "YahСlick" İran vətəndaşlarına peyk interneti xidməti göstərməyə hazırdır və İran hökuməti bu təşəbbüsü dəstəkləyir.

Müvafiq razılaşmanın dekabrın 15-də İranın Dubaydakı baş konsulluğunda baş konsulun və İranın Rabitə Nazirliyinin bir neçə nümayəndəsinin iştirakı ilə imzalandığı qeyd olunub. İmzalanma mərasimində iştirak edən BƏƏ nümayəndələri barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, İlon Mask 2022-ci ildə İrandakı etirazlar zamanı "Starlink" peyk internet şəbəkəsi vasitəsilə İran vətəndaşlarını internetə çıxışla təmin etməyə hazır olduğunu bildirmişdi.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti