...

KTMT Baş Katibi İrəvana gedəcək

Dünya xəbərləri Materials 20 Dekabr 2023 13:40 (UTC +04:00)
KTMT Baş Katibi İrəvana gedəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqabetov dekabrın 21-də İrəvana səfər edəcək.

Trend xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Tasmaqabetov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Görüşdə KTMT-nin Minsk sammitinin yekunlarının müzakirə olunacağı deyilir.

Qeyd edək ki, Ermənistanın nümayəndə heyəti dekabrın 19-da Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyası Şurasının birgə iclasında iştirak etməyib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan da noyabrın 23-də KTMT-nin iclasında iştirakdan imtina edib. Bundan başqa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv KTMT-nin Minsk görüşündə iştirak etməyiblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti