...

Mixael Şumaxer və Fernando Alonso “Formula 1” tarixinin ən nüfuzlu pilotları seçiliblər

Dünya xəbərləri Materials 1 Yanvar 2024 18:52 (UTC +04:00)
Mixael Şumaxer və Fernando Alonso “Formula 1” tarixinin ən nüfuzlu pilotları seçiliblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mixael Şumaxer və Fernando Alonso “Formula 1” tarixinin ən nüfuzlu pilotları seçiliblər.

Trend xəbər verir ki, araşdırma “Formula 1 dünyasında ən nüfuzlu beş fiqur” adı altında aparılıb.

Sürücülərlə yanaşı, trekdən kənarda F1 tarixinə təsir etmiş personajlar da “beşliy”ə düşüblər. Şumaxer və Alonsodan başqa, “Formula 1”in sabiq rəhbəri Berni Ekklstoun, “Benetton” və “Renault”nun keçmiş rəhbəri Flavio Briatore və 1985-1993-cü illərdə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti olmuş Jan-Mari Balestrin də siyahıda var.

Fernando Alonso saf sürəti, parlaq şəxsiyyəti, 2007-ci ildə “McLaren”in heyətində Lyuis Hemiltonla rəqabəti, Mixael Şumaxer isə 7 titul qazanması, mübahisəli 1994-cü il mövsümü, “Ferrari”dəki üstünlüyü, detallara və fiziki hazırlığa diqqəti ilə digərlərindən fərqləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti