...

Türkiyənin avtomobil sənayesi məhsulları ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 8 Yanvar 2024 18:56 (UTC +04:00)
Türkiyənin avtomobil sənayesi məhsulları ixracının həcmi açıqlanıb

Bakı. Trend:

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 35 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2023-cü ilin dekabr ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2022- dekabr 2023) Türkiyə 35 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti