...

Tramp ABŞ-nin cənub sərhədindəki “xaos”a qarşı çıxıb

Dünya xəbərləri Materials 11 Yanvar 2024 19:54 (UTC +04:00)
Tramp ABŞ-nin cənub sərhədindəki “xaos”a qarşı çıxıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ayova ştatında seçicilər qarşısında çıxış edərkən ABŞ-nin cənub sərhədindəki “xaos”a qarşı çıxıb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

“Sərhəddə xaos var. Sərhəd fəlakətdir. Düşünürəm ki, bu, dünya tarixindəki ən pis sərhəddir. Bizin sərhədimiz əvvəl çox yaxşı idi. Amma indi ondan heç nə qalmayıb”, - deyə siyasətçi bildirib.

O, hazırkı Prezident Co Baydenin siyasətinə qəti şəkildə qarşı çıxaraq, ABŞ tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirəcəyini vəd edib.

“Ölkəmiz tarixində ən böyük deportasiya ilə üz-üzəyik. Hər kəsi gəldiyi yerə qaytaracağıq. Başqa seçimimiz yoxdur”, - deyə Tramp əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti