...

Rusiyada təyyarə məcburi eniş edib

Dünya xəbərləri Materials 15 Yanvar 2024 11:09 (UTC +04:00)
Rusiyada təyyarə məcburi eniş edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada "Yamal" aviaşirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən Novosibirsk aeroportuna məcburi eniş edib.

Trend xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Qorno Altaysk - Salexard reysi həyata keçirən təyyarədə 44 sərnişin və 4 ekipaj üzvü olub. Hadisənin səbəbi aşkarlanmadan təyyarə istismardan çıxarılıb.

Novosibirsk Nəqliyyat Prokurorluğu tərəfindən aviasiya xidmətlərinin istehlakçılarının hüquqların müdafiəsi üzrə nəzarət tədbirləri həyata keçirilib.

Qeyd edilir ki, sərnişinlərin uçuşu rezerv təyyarə ilə həyata keçiriləcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti