...

Yunanıstan baş nazirinin iqamətgahında yanğın olub

Dünya xəbərləri Materials 20 Yanvar 2024 12:57 (UTC +04:00)
Yunanıstan baş nazirinin iqamətgahında yanğın olub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan baş naziri Kiriakos Mitsotakisin iqamətgahı olan Maksim Sarayında yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə ölkənin İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğın malikanənin birinci mərtəbəsində yerləşən anbarda baş verib. Yanğını söndürmək üçün 7 yanğınsöndürmə maşını və 24 yanğınsöndürən cəlb olunub.

Yanğını qısa zaman ərzində söndürmək mümkün olub.

Hadisə istintaq şöbəsi tərəfindən araşdırılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti