...

Çexiyada epidemiya səbəbindən 70 min ev quşu məhv ediləcək

Dünya xəbərləri Materials 31 Yanvar 2024 03:10 (UTC +04:00)
Çexiyada epidemiya səbəbindən 70 min ev quşu məhv ediləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın şimal-şərqindəki Kosorin kəndindəki ticarət fermasında quş qripi epidemiyası qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri Marek Vıbornı “X” sosial şəbəkəsində məlumat verib.

Nazir qeyd edib ki, bu, ilin ilk epidemiyası sayılır.

Ölkənin Sanitar və Baytarlıq Müfəttişliyinin nümayəndəsi Radek Axmann bildirib ki, fermada təxminən 70 min ev quşu eləcə də, onlardan alınan bütün yumurtalar da məhv edilməlidir.

Qeyd edək ki, yanvarın 26-da Çexiyanın cənubundakı Çeske Budeyovitse və Jindriçuv Qradec şəhərlərində quşlarda yüksək patogen H5N1 quş qripi virusu aşkarlanıb. Onun xüsusi təhlükəsi quşlardan insanlara keçə bilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti