...

Böyük Britaniya Yəmən sahillərində gəmiyə yeni hücum etdiyini bildirib

Dünya xəbərləri Materials 23 Mart 2024 20:36 (UTC +04:00)
Böyük Britaniya Yəmən sahillərində gəmiyə yeni hücum etdiyini bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Balə Trend:

Naməlum şəxslər Yəmən sahillərində gəmiyə yeni hücum edib.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzi məlumat yayıb (UKMTO) bildirib.

Məlumatda qeyd edilib ki, Yəmənin Əl-Muxa şəhərindən 23 dəniz mili şərqində insident barədə məlumat verilib. Bununla belə, məlumata əlavə edilmiş xəritədə qeyd olunan sahil şəhərinin qərbində yerləşən bir nöqtə göstərilir.

"Hakimiyyət orqanları hadisə ilə bağlı şəraiti müəyyən etmək üçün araşdırma aparır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti