...

Qlobal dəyər zənciri ilə əlaqəli tullantıları azaltmağın vaxtı çatıb - AİB prezidenti

İqtisadiyyat Materials 4 May 2024 12:02 (UTC +04:00)
Qlobal dəyər zənciri ilə əlaqəli tullantıları azaltmağın vaxtı çatıb - AİB prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Qlobal dəyər zənciri ilə əlaqəli tullantıları azaltmağın vaxtı çatıb.

Trend xəbər verir ki, bu barədə AİB prezidenti Masatsuqu AsakavaTbilisidə AİB-in İdarəedicilər Şurasının iclasının açılış mərasimində deyib.

"Bu zalda iştirakımız dünyamızın nə qədər dərindən əlaqəli olduğunu nümayiş etdirir. Bunu qeyd etməliyik. Həmçinin, daha yaşıl və açıq iqtisadiyyat qurmaq üçün bu əlaqələri inkişaf etdirməliyik. Ola bilsin ki, geri dönərək, pandemiyaya və ya hazırkı geosiyasi gərginliklərə və münaqişələrə nəzər salaraq, qloballaşmanın öldüyü qənaətinə gəlmək asan ola bilər. Mən buna inanmıram", - o deyib.

Asakava qeyd edib ki, qlobal ticarətin və təchizat zəncirlərinin sarsıntılar qarşısında həssas olduğu həqiqətdir.

"Lakin cavab proteksionizm və seqmentasiya ola bilməz. Azad ticarət və kapitalın sərbəst hərəkəti onilliklər ərzində regionumuza fayda verib və bu, irəliyə doğru bir addım olmalıdır. Beləliklə, təchizat zəncirlərinin dayanıqlılığını artırmaq, transsərhəd ticarəti təşviq etmək, özəl sektorun investisiyalarını stimullaşdırmaq, eləcə də, maliyyə və vergi əməkdaşlığını möhkəmləndirmək üçün regional əməkdaşlığın necə dərinləşdirilməli olduğuna nəzər yetirək", - o deyib.

Asakava, həmçinin, qlobal təchizat zəncirlərinin dekarbonizasiya üsullarını axtarmağın vacibliyini vurğulayıb.

"Ticarətlə əlaqəli fəaliyyətlərin payına qlobal karbon tullantılarının 30 faizə qədəri düşür. Xoşagəlməz həqiqət ondan ibarətdir ki, Asiyada güclü iqtisadi artım fonunda istixana qazlarının tullantılarında rolumuz artmaqdadır. Artıq daha dayanıqlı gələcək üçün qlobal dəyər zənciri ilə əlaqəli tullantıları azaltmaq üçün hərəkətə keçməyin vaxtı gəlib çatıb", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti