...

ABŞ-da yayda COVID-19-a yoluxma hallarında yeni artım baş verə bilər

Dünya xəbərləri Materials 20 May 2024 05:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"FLiRT" variantının yayılması səbəbindən bu yay ABŞ-da koronavirusa yoluxma hallarının artması baş verə bilər.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına istinadən bildirib.

Nəşrin məlumatına əsasən, hazırda ABŞ-da "FLiRT" qrupuna daxil olan KR.2 ştammı üstünlük təşkil edir. Mərkəzdən bildiriblər ki, mayın 11-də başa çatan ən son iki həftəlik hesabat dövründə KR.2 ştammının payına "COVID-19"-a yoluxma hallarının 28,2 faizi düşür. Halbuki martın əvvəlində bu göstərici cəmi 3,8 faiz təşkil edib. Son həftələrdə ikinci ən çox yayılmış ştamm KR.1 ştammı (halların 7,6%-i) olmuşdur.

Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatı daha əvvəl "FLiRT" variantlarının 14 Avropa ölkəsində, eləcə də İsraildə aşkar edildiyini bildirib. Bununla belə, hazırda Avropa tibb orqanları az sayda yeni yoluxma hallarını qeydə alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti