...

Son beş il Aİ tarixində ən uğursuz dövrdür - Viktor Orban

Dünya xəbərləri Materials 24 İyun 2024 14:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula von der Lyayenin bu vəzifəyə ikinci müddətə seçilməsinə qarşı çıxıb.

Trend xəbər verir ki, Orban bu barədə “Funke” media qrupunun jurnalistinin sualına cavab verərkən deyib.

“Yaşıl transformasiya tam uğursuz idarəçilikdir, miqrasiya paketi heç bir problemi həll etmir. Avropanın daha yaxşı liderliyə ehtiyacı var və bunu bacaran kifayət qədər istedadlı siyasətçilər mövcuddur”, - deyə Viktor Orban bildirib.

Avropa Parlamentinə seçkilərin nəticələrindən danışan siyasətçi onun uğursuzluqlarını xüsusilə vurğulayıb. “Son beş il Avropa İttifaqı tarixində ən uğursuz dövrdür. Avropa Komissiyasının və Brüsseldəki elitanın nəticələri zəif olub”, - deyə Macarıstanın hökumət başçısı əlavə edib.

Qeyd edək ki, Ursula fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının rəhbəri olmaq istəyir. Bunun üçün Aİ liderləri onun namizədliyini yeni Avropa Parlamentinin plenar iclasında səsverməyə çıxarmalıdır və o, ən az 361 deputatın səsini qazanmalıdır.

Bu gün Brüsseldə Avropa İttifaqı ölkələrinin qeyri-rəsmi sammiti keçirilir. Görüş iştirakçıları sammit çərçivəsində növbəti beş il üçün strateji gündəliyi, həmçinin, Avropa Komissiyası, Avropa İttifaqı Şurası və Avropa İttifaqının rəhbər postlarına namizədləri müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti