Bakı. Trend:
NATO səfirləri Mark Rutteni blokun yeni baş katibi vəzifəsinə təsdiqləyiblər.
Trend xəbər verir ki, bu barədə NATO məlumat yayıb.
Bildirilib ki, Şimali Atlantika Alyansı Niderlandın baş naziri Mark Rutteni Yens Stoltenberqin yerinə NATO-nun növbəti baş katibi təyin etmək qərarına gəlib.
Qeyd edilib ki, Rutte 2024-cü il oktyabrın 1-dən, Stoltenberqin Alyansın rəhbərliyində olan on ildən sonra səlahiyyət müddəti başa çatdıqdan sonra baş katib kimi öz funksiyalarını yerinə yetirəcək.