...

İşçiləri daşıyan mikroavtobus aşdı: 12 yaralı var

Dünya xəbərləri Materials 29 İyul 2024 01:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tunceli-Erzincan ərazisində işçiləri daşıyan mikroavtobus aşıb.

Trend xəbər verir ki, qəza nəticəsində aralarında uşaq və qadınların da olduğu 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Məlumata görə, mikroavtobusda Ordu bölgəsində fındıq yığmaq üçün gedən insanlar olub.

Yaralılar əraziyə gələn təcili yardım maşınları ilə xəstəxanalara yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti