Bakı. Trend:
İslandiyanın Reykyanes yarımadasında vulkan püskürməsi başlayıb.
Trend xəbər verir ki, bu barədə RUV teleradio şirkəti məlumat yayıb.
Hakimiyyət fövqəladə rejim elan edib. Səlahiyyətlilər Qrindavik şəhərindən əhalini təxliyə edib.
İslandiya ərazisində 33 aktiv vulkanik sistem var. Reykjanes yarımadasında 2021-ci ilin martında, 2022-ci ilin avqustunda, 2023-cü ilin iyulunda, 2024-cü ilin yanvar, mart və may aylarında püskürmə baş verib.