Bakı. Trend:
Misir prezidenti Əbdülfəttah Əs-Sisinin sentyabrın 4-də Türkiyəyə səfər edəcəyi gözlənilir.
Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, dövlət başçıları Türkiyə-Misir Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasına rəhbərlik edəcəklər.
İki ölkə liderinin Yaxın Şərqdə, o cümlədən Qəzzadakı durumu müzakirə edəcəkləri gözlənilir. Tərəflər arasında bir çox sahədə sənədlərin imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, bu, Əbdülfəttah Əs-Sisinin prezident kimi Türkiyəyə ilk səfəridir.