Bakı. Trend:
Londonun şərqində, Daqenham bölgəsində, həm yaşayış, həm də kommersiya məqsədləri üçün istifadə olunan binada gecə saatlarında baş verən yanğın nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib, 100-dən çox sakin təxliyə edilib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, yanğının söndürülməsi üçün 225 yanğınsöndürən və 40 yanğınsöndürən maşın səfərbər olunub. Yanğının səbəbi hələlik məlum deyil.
Qeyd olunur ki, 2023-cü ilə aid planlaşdırma müraciətində binanın tələblərə uyğun olmayan üzlüklərlə örtüldüyü qeyd edilib. Yanğın zamanı həmin üzlüklərin sökülməsi işləri aparılırdı.