...

Livanın cənubunda 29 yaşayış məntəqəsi dağıdılıb

Dünya xəbərləri Materials 5 Noyabr 2024 23:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbçiləri oktyabrın 1-dən etibarən Livanın cənubundakı sərhəd bölgələrində hava və quru əməliyyatları həyata keçirərək 29 şəhər və qəsəbəni tamamilə dağıdıblar.

Trend xəbər verir ki, bu məlumatı Səudiyyə Ərəbistanının “Asharq al-Awsat” qəzeti yayıb.

Məlumata görə, Ras əl-Nakuradan Şebaya qədər uzanan 120 kilometrlik sərhəd xətti boyunca yerləşən yaşayış məntəqələrinə daxil olan İsrail xüsusi təyinatlıları bir ay ərzində çoxlu sayda evləri minalayaraq partladıb.

Mütəxəssislərin hesablamalarına görə, bombardmanlar nəticəsində Livanın cənubunda ümumilikdə 25 min yaşayış evi dağılıb. Hərbi analitik general Həsən Couni "Asharq al-Awsat" qəzetinə açıqlamasında bildirib ki, İsrailin bu addımları “Livan ərazisinin 3-5 kilometr dərinliyində cansız bir bufer zonası yaratmaq niyyətini” ortaya qoyur.

Ekspertlər Livana dəyən ümumi zərərin 20 milyard dollar civarında olduğunu qiymətləndirirlər.

Xəbər lenti

Xəbər lenti