Bakı. Trend:
"Mpox" ("empoks", meymun çiçəyi üçün yeni ad) xəstəliyinin yayılması ilə əlaqədar avqustun 14-də elan edilmiş qlobal səhiyyədə fövqəladə halı qüvvədə qalır.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus mpox üzrə fövqəladə hallar komitəsinə daxil olan ekspertlərin tövsiyələri əsasında qəbul edib.
Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki qərargahının məlumatına əsasən, bu komitə bu ilin avqustundan bu yana ikinci dəfə meymunçiçəyi xəstəliyinə yoluxma hallarının artması ilə əlaqədar noyabrın 22-də toplanıb. Qebreyesus mütəxəssislərin xəstəliyin "beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyətini təşkil etməyə davam etdiyi" barəsində fikri ilə razılaşıb.
"Bu qənaətə gəlmək üçün əsas kimi halların sayının artması və “ölkələr və tərəfdaşlar” tərəfindən koordinasiyalı cavab tələb edən mpox-un coğrafi yayılmasının davam etməsi olub”, - deyə bildirilib.