Bakı. Trend:
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Nyu-York Birjasını partlatmaq planlaşdıran bir şəxsi həbs edib.
Trend-in məlumatına görə, bu barədə CBS News məlumat yayıb.
Bildirilir ki, FTB agentləri Florida ştatından olan və birjanı bombalamaq niyyəti ilə hərəkət edən şəxsi saxlayıblar.
Məlumat məhkəmə sənədlərinə istinad edir. Həmin sənədlərə əsasən, ABŞ-ın cənub-şərqində yaşayan Harun Əbdül-Malik Yener bomba hazırlamaq üçün xüsusi təlimatlara əməl edib. İlkin araşdırmalara görə, o, Nyu-York Birjasını partlatmaq və "ABŞ hökumətini yenidən işə salmaq" məqsədi güdüb. Yener, həmçinin özünü Əl-Qaidənin keçmiş lideri Usamə bin Laden kimi hiss etdiyini də etiraf edib.