Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 52,9 milyon ABŞ dolları dəyərində 74 543 ton xurma ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6,8 milyon ABŞ dolları (14,7%), miqdar baxımından isə 10 min 680 ton (16,7%) çoxdur.
10 ayda xurma ixracı ölkənin ümumi ixracının 0.23%-ni təşkil edib.
Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycan 46,1 milyon ABŞ dolları dəyərində 63 863 ton xurma ixrac edib.