Bakı. Trend:
Suriyanın şərqində, Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası raket atəşinə tutulub.
Trend-in məlumatına görə, bu barədə "Al Mayadeen" telekanalı xəbər yayıb.
Telekanalın məlumatına əsasən, raketlərdən biri bazaya düşüb, amma hadisənin təfərrüatları açıqlanmayıb.
Suriyanın şərq və şimal-şərq bölgələrində yerləşən Deyr əz-Zor, Rəqqa və Həsəkə əyalətlərinin əksəriyyəti hazırda ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətindədir. ABŞ komandası 2015-ci ildən etibarən bu ərazidə doqquz hərbi baza qurub. Dəməşq isə ABŞ-ın Suriya ərazisindəki hərbi mövcudluğunu qeyri-qanuni işğal olaraq qiymətləndirir.