...

Bu şəhər və rayonlarda məcburi köçkün qəsəbələrindəki evlərin təmirinə başlanılır

Tender müsabiqələri Materials 22 Noyabr 2024 15:10 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mingəçevir şəhərində, Göygöl, Bərdə, Ağcabədi və Biləsuvar rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinə başlanılır.

Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti bununla bağlı hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasını “Kaspian Standart” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 302.266,15 AZN (302 min 266 manat 15 qəpik) olan müqavilə bağlayıb.

Bağlanmış müqaviləyə uyğun olaraq şirkət aşağıdakı işləri icra edəcək:

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

Kod

1

Yararsız novların sökülməsi

söküntü

398,5

m

72101507

2

Yararsız su ötürücü boruların sökülməsi

söküntü

219

m

72101507

3

Metal yəhərlərin sökülməsi

söküntü

680

m

72101507

4

Yararsız karnizlərin sökülməsi

söküntü

128

m

72101507

5

Yararsız şifer dam örtüyünün sökülməsi

söküntü

6.067

m(2)

72101507

6

Yararsız taxta şəbəkənin sökülməsi

söküntü

6.067

m(2)

72101507

Məqalədə:
Xəbər lenti

Xəbər lenti