...

Yeni Zelandiyada göy öskürək epidemiyası elan edilib

Dünya xəbərləri Materials 22 Noyabr 2024 08:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni Zelandiyanın Səhiyyə Nazirliyi ölkədə göy öskürək epidemiyası elan edib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətindən açıqlama verilib.

Açıqlamada bildirilib ki, Yeni Zelandiya göy öskürək epidemiyasının ilkin mərhələsindədir və hazırda milli koordinasiyalı reaksiya həyata keçirilir. Ölkədə bir neçə həftədir ki, yoluxma hallarının sayı artmaqda davam edir və bu vəziyyət artıq epidemiyanın rəsmi elan edilməsi üçün tələb olunan həddə çatıb.

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, oktyabrın 19-dan noyabrın 15-dək olan dövrdə 263 yeni göy öskürək infeksiyası qeydə alınıb, bu isə cari ildəki ən yüksək göstəricidir. Nazirliyin sanitariya və epidemioloji xidmətinin rəhbəri Nikolas Cons bildirib ki, xəstəlik ən çox Maori və Sakit Okean adalarından olan xalqlar arasında yayılıb. O, həmçinin bu epidemiyaya dair əsas narahatlıqlarının, peyvənd olunmaq üçün çox gənc və ya peyvəndləri gecikmiş uşaqlarda ağır xəstəlik riskinin olduğunu vurğulayıb.

Göy öskürək, hava damcıları ilə ötürülən kəskin yoluxucu bir xəstəlikdir və onun əsas əlaməti şiddətli öskürək hücumlarıdır.

Xəbər lenti

Xəbər lenti