...

Hadrut qəsəbəsinin xarici elektrik təchizatı ilə təmin olunması yaxşılaşdırılır

Tender müsabiqələri Materials 22 Noyabr 2024 14:25 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xocavənd rayonunun Hadrut qəsəbəsinin xarici elektrik təchizatının təminatı yaxşılaşdırılır.

Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bununla bağlı hazırlıqlara başlayıb.

Belə ki, Hadrut qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi (1-ci mərhələdə tikiləcək transformator məntəqəsinə) işləri həyata keçiriləcək.

Qurum sözügedən işlərin icrasının 716.976,55 AZN-ə (716 min 976 manat 55 qəpik) başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti