Bakı. Trend:
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubla müqaviləsini uzadıb.
Trend xəbər verir ki, yeni müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Razılaşmada tərəflərin 2025/2026-cı il mövsümünün sonunda əməkdaşlığı daha bir il uzatmaq hüququ da var.
Xatırladaq ki, ispaniyalı mütəxəssis 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir. Onun rəhbərliyi altında "şəhərlilər" 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub və bir dəfə Çempionlar Liqası kubokunu qazanıblar.
Bu müqavilə Qvardiolanın klubdakı mövqeyini daha da möhkəmləndirərək "Mançester Siti"ni gələcək uğurlara aparacağına işarə edir.