Bakı. Trend:
İsrailin Qəzza zolağına həyata keçirdiyi hava hücumu nəticəsində azı 7 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Trend xəbər verir ki, Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına əsasən, hücum Qəzza şəhərinin şərqində yerləşən Əl-Şücayya bölgəsindəki yaşayış binalarını hədəf alıb.
Bombardman zamanı ölən və yaralananların əksəriyyətinin qadınlar və uşaqlar olduğu bildirilir.
Hava hücumu bölgədə onsuz da gərgin olan humanitar vəziyyəti daha da ağırlaşdırıb. Hazırda hadisə ilə bağlı dəqiq məlumatlar əldə edilməyə çalışılır.