...

İqlim maliyyəsi üzrə danışıqların əsas aspektlərini aydınlaşdırmadan davam edə bilmərik - BMT-nin Baş katibi

Yaşıl iqtisadiyyat Materials 21 Noyabr 2024 14:53 (UTC +04:00)
İqlim maliyyəsi üzrə danışıqların əsas aspektlərini aydınlaşdırmadan davam edə bilmərik - BMT-nin Baş katibi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İqlim maliyyəsi üzrə danışıqların əsas aspektlərini aydınlaşdırmadan davam edə bilmərik.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş media üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, COP-un nəticələrinin maliyyə ölçüsü əsas aspektlərdən biri olacaqdır.

“Həqiqət məqamına gəldiyimiz zaman hər bir tərəfin öz mövqelərini və təkliflərini aydınlaşdırmasının vacib olduğunu düşünürəm. Hesab edirəm ki, bu, qeyd etdiyim kimi pul məsələsinə aiddir, balanslaşdırılmış nəticə olmalıdır və bütün narahatlıqlar nəzərə alınmalıdır”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti