Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatının keçmiş prokuroru Pamella Bondini ölkənin baş prokuroru vəzifəsinə namizəd irəli sürüb.
Trend xəbər verir
ki, Tramp bu barədə "Truth" sosial şəbəkəsində paylaşım edib:
"Pamellanın rəhbərliyi altında Ədliyyə Departamenti öz əsas
missiyasına - cinayətkarlıqla mübarizə aparmağa və Amerikanı
yenidən təhlükəsiz etməyə fokuslanacaq. Mən Pamellanı uzun illərdir
tanıyıram. O, ağıllı, prinsipial və qətiyyətlidir. Baş Prokuror
vəzifəsində əla iş görəcəyinə əminəm."
Trampın bu açıqlamasından əvvəl, ABŞ-ın keçmiş konqresmeni Mett Qetz cümə axşamı baş prokuror vəzifəsinə namizədliyini geri çəkdiyini bəyan edib. Tramp isə Qetzin qərarına hörmətlə yanaşdığını bildirib.
Pamella Bondi, Floridanın baş prokuroru olaraq çalışdığı dövrdə yüksək peşəkarlığı və sərt mövqeyi ilə tanınıb. Onun bu vəzifəyə təyin edilməsi ABŞ Ədliyyə Departamentində mühüm dəyişikliklərə səbəb ola bilər.