...

COP29 ilə bağlı qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib - DSX

Yaşıl iqtisadiyyat Materials 22 Noyabr 2024 09:17 (UTC +04:00)
COP29 ilə bağlı qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib - DSX
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şəmkir. Trend:

Dövlət Sərhəd Xidməti COP29 ilə əlaqədar qarşıya qoyulan tapşırıqları yerinə yetirib.

Trend xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Şəmkir mediatur zamanı açıqlamasında deyib.

“Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının ölkəmizdə keçirilən 29-cu sessiyası – “COP 29” beynəlxalq konfransına hazırlıqla əlaqədar zəruri tədbirlər görülmüş və qarşıya qoyulmuş tapşırıqların icrası layiqincə yerinə yetirilib”, - o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti