...

Naxçıvanda bir sıra qeyri-yaşayış sahələri satışa çıxarılır - QİYMƏTLƏR (FOTO)

İqtisadiyyat Materials 22 Noyabr 2024 14:04 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan Muxtar Respublikasında bir neçə qeyri-yaşayış sahələri hərrac yolu ilə satışa çıxarılır.

Trend-in Dövlət Xidmətinə istinadən məlumatına görə, qeyri-yaşayış sahələrinin hərracı dekabrın 16-da keçiriləcək.

Hərraca çıxarılacaq 9 qeyri-yaşayış sahəsinin satış qiyməti 1950 manatdan 12572 manatadək dəyişir.

Qeyd olunub ki, hərraca qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim etmiş və özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində beh keçirmiş hüquqi və fiziki şəxslər buraxılırlar.

Bildirilib ki, sifarişlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhəri, 8-ci küçə,1/5A ünvanında hərracın keçirilməsinə ən geci 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Hərraca çıxarılacaq qeyri-yaşayış sahələri barədə məlumatı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti