...

Azərbaycanın yeyinti məhsulları idxalına xərci 10,2% artıb

İqtisadiyyat Materials 21 Noyabr 2024 16:18 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1,9 milyard ABŞ dollarına bərabər olub.

Trend-in Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, cari ilin 10 ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin eyni dövrünə nisbətən 10,2% çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 11,84% təşkil edib.

Hesabat dövründə Azərbaycana 104,8 milyon ABŞ dolları dəyərində 48,2 min ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 13,4 min ton (38,5%), dəyər baxımından isə 34,8 milyon ABŞ dolları (49,7%) çoxdur.

Həmçinin, cari ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 20,5 milyon ABŞ dolları dəyərində 10 min 353 ton süd və qaymaq, 73,6 milyon ABŞ dolları dəyərində 13 min 204 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti