Bakı. Trend:
Xaçmaz rayonunda təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Nağıoba kəndi də əlavə olunub.
91 abonenti olan kəndin qazlaşdırılması üçün 9 min metrə yaxın müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 ədəd qaz tənzimləyici şkaf quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, “Socar” “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Nağıoba kəndinə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik edib, xoş arzularını çatdırıb. Həmçinin rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, Xaçmaz rayonunda kəndlərin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. İlin sonunadək bir neçə yaşayış məntəqəsinin də mavi yanacaqla təmin olunması nəzərdə tutulub.
Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə “mavi yanacaq” verilib.