...

Azərbaycanın qeyri-neft ixracı oktyabrda 23%-dən çox artıb

İqtisadiyyat Materials 21 Noyabr 2024 16:44 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 807,5 mln. ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin analoji dövrü ilə müqayisədə 3,5% çoxdur.

Trend-in İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən verdiyi məlumata görə, təkcə cari oktyabr ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 342,4 mln. ABŞ dollarlından çox təşkil edib ki, bu da illik ifadədə 23,1%-lik artım deməkdir.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan 3,348 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Nəticədə Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti