...

SPD idarə heyəti noyabrın 25-də Scholz-u kanslerliyə namizəd olaraq irəli sürəcək

Turizm Materials 22 Noyabr 2024 00:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Sosial Demokrat Partiyasının (SPD) idarə heyəti noyabrın 25-də keçiriləcək iclasında Olaf Şoltzu kanslerliyə namizəd kimi rəsmi olaraq irəli sürməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Bild" qəzeti mənbələrə istinadən xəbər verib.

Olaf Şoltz əvvəllər parlament seçkilərində yenidən Sosial Demokratlara rəhbərlik etmək istədiyini dəfələrlə bəyan edib. Almaniyanın müdafiə naziri Boris Pistorius isə SPD-dən kanslerliyə namizədliyini irəli sürməkdən imtina edib, bu isə hazırkı hökumət başçısının namizədliyinə yol açıb.

Pistorius Almaniyanın ən məşhur siyasətçilərindən biri hesab olunur və SPD-də çoxları onun namizədliyinin Şoltzdan daha yaxşı nəticələr verə biləcəyini düşünür. Lakin partiyanın bəzi tanınmış üzvləri, o cümlədən keçmiş kansler Gerhard Schröder (1998-2005-ci illərdə bu vəzifədə olub), xəbərdarlıq edib ki, namizədliklə bağlı açıq mübahisələr Sosial Demokratlar üçün uğursuzluq riskini artırır və buna görə də məsələnin tezliklə aydınlaşdırılması vacibdir.

Dekabrın 16-da Bundestaq Şolz hökumətinə etimad səsverməsi keçirəcək. Bundestaqın üzvləri ona etimad göstərməsələr, növbədənkənar seçkilər 2025-ci il fevralın 23-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti