Bakı. Trend:
Türkiyənin "Beşiktaş" klubu yeni mövsüm üçün heyətini gücləndirmək məqsədilə tanınmış futbolçunu transfer etməyi düşünür.
Trend-in məlumatına görə, İstanbul təmsilçisi hazırda İngiltərənin "Arsenal" klubunda çıxış edən Jorjinyo ilə maraqlanır. Bu barədə "Fichajes" nəşri xəbər yayıb.
"Qara qartallar" gələn ilin yayında İngiltərə klubu ilə müqaviləsi bitəcək və azad agent statusu qazanacaq italiyalı yarımmüdafiəçiyə sərfəli müqavilə şərtləri təqdim etməyi planlaşdırır.
Xatırladaq ki, "Arsenal" Jorjinyonu 2023-cü ilin yanvarında "Çelsi"dən transfer edib. 32 yaşlı futbolçu bu mövsüm London klubunun heyətində 7 rəsmi oyunda iştirak edib.