...

"Rio Trio" təşəbbüsü kollektiv fəaliyyətin rəmzidir - Umayra Tağıyeva

Yaşıl iqtisadiyyat Materials 21 Noyabr 2024 15:09 (UTC +04:00)
"Rio Trio" təşəbbüsü kollektiv fəaliyyətin rəmzidir - Umayra Tağıyeva
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Rio Trio" təşəbbüsü kollektiv fəaliyyətin rəmzidir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində "Rio Trio təşəbbüsünün (Kolumbiya, Azərbaycan, Səudiyyə Ərəbistanı) "Dayanıqlı ekosistemlər üçün konvensiyalar arasında bilik mübadiləsinin artırılması" mövzusunda keçirilən yüksək səviyyəli dialoqda bildirib.

"İlk növbədə, "Rio Trio" təşəbbüsünə möhkəm sadiqliyinə görə təşkilatçı tərəfdaşlarımız Kolumbiya və Səudiyyə Ərəbistanına səmimi təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, bu vacib müzakirədəki təcrübəniz və sədaqətiniz üçün hər birinizə minnətdarlığımı ifadə edirəm.

Burada iştirakınız iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və torpaqların deqradasiyası kimi qarşılıqlı əlaqəli problemləri həll etmək istiqamətində ümumi səylərimizi nümayiş etdirir. "Rio Trio" təşəbbüsü sadəcə bir tərəfdaşlıq deyil, kollektiv fəaliyyətin rəmzidir", – deyə U.Tağıyeva bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti