...

İndi mümkün kompromis sahələri tapmaq vaxtıdır - Quterreş

Yaşıl iqtisadiyyat Materials 21 Noyabr 2024 14:58 (UTC +04:00)
İndi mümkün kompromis sahələri tapmaq vaxtıdır - Quterreş
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İndi mümkün kompromis sahələri tapmaq vaxtıdır.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş COP29 çərçivəsində media üçün keçirilən brifinqdə deyib.

"Mən sadəcə olaraq nümayəndə heyətlərini dinləyirdim və hiss etdim ki, nümayəndə heyətləri iqlim maliyyəsi və yumşaldılma mövzusunda hələ də öz ilkin mövqelərindədirlər. İndi ilkin mövqelərdən hərəkət etmək və mümkün kompromis sahələri tapmaq vaxtıdır", - o bildirib.

Quterreş qeyd edib ki, hələ vaxt var.

"Mən əminəm ki, razılıq əldə oluna bilər, amma bundan sonra önəmli olan hər bir tərəfin ilkin mövqeyinin nə olması deyil, indi önəmli olan güzəştə getməyə imkam tapmaqdır. Çünki maliyyə bu COP-un mərkəzindədir, lakin eyni zamanda, ölkələrin gələcəyi üçün aktual olan müxtəlif aspektlərlə bağlı bütün digər ölkələrin narahatlıqlarını nəzərə almaq gərəklidir”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti