...

Bakı–Quba avtomobil yolunun iki hissəsində yaşayış binalarının təmirinə 910 min manat sərf olunacaq

Tender müsabiqələri Materials 21 Noyabr 2024 14:24 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı–Quba avtomobil yolunun Sumqayıt şəhərinin giriş hissəsindən Yaşma yaşayış massivinədək və Ceyranbatan qəsəbəsinin son hissəsindən başlayaraq Sumqayıt şəhərinin girişinə qədər olan ərazisində yaşayış binalarının fasadları əsaslı təmir olunacaq.

Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bununla bağlı hazırlıqlara başlayıb.

Məlumata görə, Sumqayıt şəhərinin giriş hissəsindən Yaşma yaşayış massivinədək yerləşən yaşayış binalarının fasadlarının əsaslı təmiri işlərini “SAFARİ” MMC həyata keçirəcək. Sözügedən işlərin icrası üçün artıq qurumla şirkət arasında 809.999,86 AZN (809 min 999 manat 86 qəpik) dəyərində müqavilə bağlanılıb.

Qurum Bakı–Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsinin son hissəsindən başlayaraq Sumqayıt şəhərinin girişinə qədər olan ərazisində yerləşən yaşayış binalarının fasadlarının əsaslı təmiri işlərini isə "M-House Construction" MMC-yə həvalə edib. Bunun üçün qurum sözügedən şirkətə 99.997,73 AZN (99 min 997 manat 73 qəpik) ödəyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti