...

"Kartdan-karta" üsulu ilə işləyən daha bir neçə sahibkara maliyyə sanksiyası tətbiq edilib

İqtisadiyyat Materials 21 Noyabr 2024 17:47 (UTC +04:00)
"Kartdan-karta" üsulu ilə işləyən daha bir neçə sahibkara maliyyə sanksiyası tətbiq edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Yasamal və Suraxanı rayonları ərazisində yerləşən bəzi ticarət və iaşə obyektlərində nağd pul hesablaşmaları qaydalarının pozulması, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, sahibkarlar tərəfindən istehlakçılara POS-terminal təqdim etmədən kartdan-karta köçürmələrin təklif edildiyi, həmçinin POS-terminalların qeydiyyatda olduğu ünvan üzrə istifadə edilmədiyi aşkarlanıb. Bildirilib ki, həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

“Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir”, - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti