...

Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlığı müzakirə edilib

Siyasət Materials 21 Noyabr 2024 17:22 (UTC +04:00)
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlığı müzakirə edilib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 21-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə parlament məlumat yayıb.

Bildirilib ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Həmçinin parlamentarilərimizin beynəlxalq təşkilatlarda, o cümlədən, MDB PA çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti